Oğuzun hekayəsi

by Aida Alakbarova

This free e-book was created with
Ourboox.com

Create your own amazing e-book!
It's simple and free.

Start now

Oğuzun hekayəsi

  • Joined Jun 2018
  • Published Books 4

 

 

 

2

Biri var idi, biri yox idi. Böyük şam meşəliyinin yanında əhalisi və ərazisinin çoxluğu ilə digər obalardan fərqlənən böyük oba var idi. Bu obanin Bahadır adlı qəhrəman bir bəyi vardı. Obada onun mərdliyini və xeyirxahlığını bilməyən yox idi. Bahadır bəyin gözünün ağı-qarası  Oğuz adında bir oğlu var idi. Oğuz mərdlikdə və xeyirxahlıqda atasından heç geri qalmırdı.

Bir gün Oğuz meşəyə ov ovlamağa gedir. Uzun axtarışdan sonra qabağına bir cüyür çıxdı. Oğuz burada atasının öyrətdiklərini yada salır. Cüyürü diqqətlə süzdükdən sonra yavaşca cüyürə yaxınlaşır. Sakitcə və yavaş nəfəs alır ki, cüyür bir səs eşidib ürküb qaçmasın. Ta oxu qaldırıb cüyürə vuracaqdı ki, gözü yanaraq yerə düşən nəsnəyə sataşdı. Həmin nəsnə yerə düşdüyü anda yaranan səs yeri-göyü titrətdi. Oğuza bu həngaməni yaradana nəyin səbəb olduğu maraqlı gəlir. Həmin o nəsnə nə idisə meşənin oba tərəfinə yox, digər tərəfinə düşmüşdür. Oğuz atına minərək ora yol alır. Gedib nə gorsə yaxşıdır. Ortada yerləşən böyük bir qaya olan nə idisə düşdüyü yerdə böyük bir çuxur yaratmışdı. Qayanın bəzi kiçik hissələri də ətrafa dağılmışdı. Oğuz o parçaları dəmirçilərin işlətdikləri metallara bənzədir. Az hissəsini yığaraq obaya doğru irəliləyir. Obanın qarşısında Oğuzu Bahadır bəy qarşılayır. Oğuz metalları yığdığı çuvalları atın yəhərindən düşürdür və Bahadır bəyin yanına gəlir.

3

Bahadır bəy deyir:

-Oğul çuvaldakı ovun bildirçinmidir, ceyranmıdır?

Oğuz:

-Bəyim, ovum nə ceyrandır, nə bildirçin. Amma mənə elə gəlir ki, dəyərli bir ov etmişəm.

Bahadır bəy təəccüblənir:

-De görüm ovun nədir ki, belə dəyərli ola.

Oğuz bu məsələni heç kimin bilməsini istəmirdi. Ona görə dedi:

-Bəyim, bu məsələni obanın ortasında demək yaxşı olmaz. Ən yaxşısı çadıra keçək orda deyim.

Oğuz cüyürü ovlamaq istəməsindən tutmuş metalları tapmasına qədər başına gələn hər şeyi danışır. Bu söhbətdən sonra Bahadır bəy bir az düşünür və deyir:

-Oğuz mənim şəhərdə bir dəmirçi tanıdığım adam var. O, hər metalı tanıyır və xüsusiyyətlərini bilir. Ən yaxşısı səni onun yanına göndərim. O, metala baxsın əgər yaxşı metaldırsa, indi əlivin qılınc tutan vaxtıdır, o metaldan sənə sivri bir qılınc düzəltsin. İndi get hazırlaş sabah yola çıx.

4

Oğuz çadırdan ayrıldıqdan sonra gedir hazırlaşır və atasının dediyi kimi səhər tezdən yola düşür. Dərələri, təpələri aşaraq atasının dediyi kimi şəhərə çatır. Camaatdan soruşa-soruşa dəmirçini tapır və onun olduğu yerə gəlir. Dəmirçi onu görcək söyləyir:

-Oğul kimsən, kimlərdənsən, hardan gəlib hara gedirsən?

Oğuz deyir:

-Mən Bahadır bəyin oğlu Oğuz bəyəm. Haydan gəlib, huya gedirəm.

Dəmirçi gəlib oğlanı qucaqlayır sonra isə istəyini soruşur. Oğuz görür atası bu dəmirçiyə güvənir və özüdə hiss edir ki, bu dəmirçi sirr saxlayan adama oxşayır. Əhvəlatı ona da danışır. Dəmirçi metala baxıb deyir:

-Mən heç yerdə belə metal görməmişəm. Ancaq bu metal yaxşı metal olsa da işlədilməsi çətin metala bənzəyir.  Bunu işləmək üçün ən azı yarım il vaxt lazımdır. Bidə ki, bu qılıncı işlədən adam çox qüvvətli olmalıdır.

Oğuz deyir:

  • Əmi, sən narahat olma, mən o qüvvətdə adam tanıyıram.

Oğuz şəhərdə yarım il qalanda döyüş bacarıqlarını artırmaq üçün şəhərdəki orduya qatılır. Yarım il ərzində mərdliyi, qüvvət və xeyirxahlığı ilə hamının hörmətini qazanır.

5

Vaxt gəlir tamam olur və gedir dəmirçinin yanına. Gəlib içəri girmək istəyəndə hansısa işıq onun gözlərini qamaşdırır və qoymur içəri keçsin. Axırda gözlərini yumub, birtəhər keçir içəri. Bir də girib görür ki, dəmirçi bir qılınc düzəldib ki, sultanların, sərkərdələrin qılıncları bu qılıncın yanında heçnədir. Oğuz əşyalarını yığıb, bütün tanıdıqları ilə sağollaşıb, qılıncını belinə taxıb düşür yola. Gəlib obanın üstündıki təpəyə yaxınlaşanda qılınc və hay-həşir səsləri eşidir. Təpənin üstünə çatanda görür pah nə, qatı düşmənləri neçə obanı talan edən çolaq Bəhruz indi də bir sürü adamı ilə  hücum edib  bunların obasına. Bunu görcək Oğuz hirslənib özündən çıxır. At ilə birlikdə ordunun arxa hissəsindən girərək, qırıb çata-çata çatır Bahadır bəyə. Bahadır bəy oğlunu görüb şoka düşür. Bilmir sevinsin ya kədərlənsin. Ancaq nə qədər olmasa da ruhlanır. Bahadır bəy soldan, Oğuz sağdan kəsə-kəsə gəlib çatırlar Bəhruzun yanına. Çolaq Bəhruz görür bunu da adamlarını da öldürəcəklər, bir dənə çarəsi qalır.

6

Deyir ki:

-Gəlin döyüşü saxlayaq, belə döyüşsək hər iki tərəf çox adam itirəcək. Gəlin sizin tərəfdən hansınızsa mənimlə döyüşər. Bahadır bəy fikirləşir, görür ki, bəs admalrı da yorulub, heç birinin taqəti qalmayıb. Ona görə də o da qəbul edir.

Bahadır bəy özü önə çıxmaq istəyirdi ki, Oğuz qarşısını kəsir, göz-qaş edir ki, bəs mən gedim. Bahadır bəy bir Bəhruza baxır, bir Oğuza. Oğlunu qırmaq istəmədiyindən istəksizcə icazə verir. Çolaq Bəhruz Oğuzu görcək fikirləşir ki, bu hələ mənim yanımda uşaqdır, rahat qalib gələrəm. Bəhruz öz yekə toppuzu ilə ani bir həmlə edir. Oğuzun həmlədən qaçıb öz sivri qılıncı ilə Bəhruzun başını bədənindən ayırması bir oldu. Oğuzun mərdliyi və qüvvəti hər yana yayıldı. Daha heç bir düşmən bura hücum etməyə cəsarət etmir. Beləliklə də, bütün əhali firavan və xoşbəxt yaşayır.

7
This free e-book was created with
Ourboox.com

Create your own amazing e-book!
It's simple and free.

Start now

Ad Remove Ads [X]
Skip to content